إِنَّمَا يَعۡمُرُ مَسَٰجِدَ ٱللَّهِ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَأَقَامَ ٱلصَّلَوٰةَ وَءَاتَى ٱلزَّكَوٰةَ وَلَمۡ يَخۡشَ إِلَّا ٱللَّهَۖ فَعَسَىٰٓ أُوْلَٰٓئِكَ أَن يَكُونُواْ مِنَ ٱلۡمُهۡتَدِينَ ١٨
Innamā ya'muru masājidallāhi man āmana billāhi wal-yawmil-ākhiri wa aqāmas-salawāta wa ātaz-zakawāta walam yakhsha illallāha fa'asā ulā'ika an yakūnū minal-muhtadīn
Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolu tapanlardan olsunlar.
Təfsir
Allahın məscidlərini abadlaşdırmağa yalnız tək Allaha iman edən, Ona heç bir şeyi şərik qoşmayan, qiyamət gününə iman gətirən, namaz qılan, malının zəkatın verən və Uca Allahdan başqa heç kəsdən qorxmayan kimsə layiqdir. Ola bilsin ki, məhz onlar doğru yolla yönələn kimsələr olsunlar. Amma müşriklər isə bu yoldan olduqca çox uzaq olan kimsələrdir.