۞ وَمَا كَانَ ٱلۡمُؤۡمِنُونَ لِيَنفِرُواْ كَآفَّةٗۚ فَلَوۡلَا نَفَرَ مِن كُلِّ فِرۡقَةٖ مِّنۡهُمۡ طَآئِفَةٞ لِّيَتَفَقَّهُواْ فِي ٱلدِّينِ وَلِيُنذِرُواْ قَوۡمَهُمۡ إِذَا رَجَعُوٓاْ إِلَيۡهِمۡ لَعَلَّهُمۡ يَحۡذَرُونَ ١٢٢
Wamā kānal-mu'minūna liyanfirū kāffatan falawlā nafara min kulli firqatim minhum tā'ifatul liyatafaqqahū fid-dīni waliyundhirū qawmahum idhā raja'ū ilayhim la'allahum yahdharūn
Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalmalıdır ki, dini (dərindən) öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onları xəbərdar etsinlər. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.
Təfsir
Düşmən sizi məğlub edib axırınıza çıxmaması üçün, möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Qoy onlardan bir dəstə Allah yolunda cihada çıxsın, bir dəstə də Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) qalıb, ondan Quranı və şəri əhkamları öyrənsinlər və öz camaatı döyüşdən geri qayıtdıqları zaman onlara Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) eşidib öyrəndiklərini öyrətsinlər. Bəlkə, onlar Allahın əmrlərinə tabe olub, qadağalarından uzaq durmaqla Allahın əzabından çəkinələr. Bu hadisə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinə ətrafında olan qəbilələrlə döyüş üçün səhabələrindən bəzilərini seçib göndərdiyi zaman baş vermişdir.