يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ قَٰتِلُواْ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلۡكُفَّارِ وَلۡيَجِدُواْ فِيكُمۡ غِلۡظَةٗۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ١٢٣
Yā'ayyuhal-ladhīna āmanū qātilul-ladhīna yalūnakum minal-kuffāri walyajidū fīkum ghilzatan wa'lamū annallāha ma'al-muttaqīn
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir.
Təfsir
Uca Allah bu ayədə Mədinə ətrafında məskunlaşan kafirlərin müsəlmanlara yaxın bir yerdə yaşadıqları üçün, onlardan müsəlmanlara xətər toxuna biləcəyinə görə onlarla vuruşmağı və həmçinin onları qorxuya salmaq və onların şərindən özlərini qorumaq məqsədi ilə onlara sərtlik göstərməyi əmr etmişdir. Həqiqətən, uca Allah, Öz köməyi və dəstəyi ilə müttəqilərlə birlikdədir.