مَا كَانَ لِأَهۡلِ ٱلۡمَدِينَةِ وَمَنۡ حَوۡلَهُم مِّنَ ٱلۡأَعۡرَابِ أَن يَتَخَلَّفُواْ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرۡغَبُواْ بِأَنفُسِهِمۡ عَن نَّفۡسِهِۦۚ ذَٰلِكَ بِأَنَّهُمۡ لَا يُصِيبُهُمۡ ظَمَأٞ وَلَا نَصَبٞ وَلَا مَخۡمَصَةٞ فِي سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوۡطِئٗا يَغِيظُ ٱلۡكُفَّارَ وَلَا يَنَالُونَ مِنۡ عَدُوّٖ نَّيۡلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٞ صَٰلِحٌۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ١٢٠
Mā kāna li ahlil-madīnati waman hawlahum minal-a'rābi an yatakhallafū 'ar rasūlillāhi walā yarghabū bi anfusihim 'an nafsihī dhālika bi annahum lā yusībuhum zama'un walā nasabun walā makhmasatun fī sabīlillāhi walā yata'ūna mawti'an yaghīzul-kuffāra walā yanālūna min 'aduwwin naylan illā kutiba lahum bihī 'amalun sālihun innallāha lā yudī'u ajral-muhsinīn
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşə çıxarkən) Allahın Rəsulundan geri qalmaq, öz canlarını onun canından üstün tutmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
Təfsir
Mədinə əhalisinə və onların ətrafında yaşayan bədəvilərə Allahın elçisi (sallallahu aleyhi və səlləm) döyüşə çıxdığı zaman ondan geri qalıb, öz canlarının hayına qalaraq, belə bir çətin gündə Allahın elçisini (sallallahu aleyhi və səlləm) tək buraxmaq yaraşmaz. Əksinə, onlar belə bir gündə onun canını qoruyaraq öz canlarını fəda etməlidirlər. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirlərin qəzəinə səbəb ola biləcək zəbt edilən elə bir yer, onları ölürmək, əsir götürmək və ya onlardan qənimət əldə etmək kimi düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində Allah onlara yaxşı bir əməlin savabını yazıb, bunu onlardan qəbul etməsin. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Əksinə onların mükafatını kamil şəkildə verər və onlar üçün bu mükafatı daha da artırar.