وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ٤
Wallā'ī ya'isna minal-mahīdi min nisā'ikum inirtabtum fa'iddatuhunna thalāthatu ashhurin wallā'ī lam yahidna wa ulātul-ahmāli ajaluhunna an yada'na hamlahunna waman yattaqillāha yaj'al lahū min amrihī yusrā
Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın gözləmə (iddə) müddəti barədə şübhə etsəniz, onların, eləcə də (yaşlarının azlığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə (iddə) müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.
Təfsir
Heyzdən kəsilmiş yaşlı qadınlarınızı boşadıqda onların iddəsi barədə şəkk edirsinizsə, onların, gözləmə müddəti üç aydır. Həmçinin, yaşları az olduğuna görə hələ heyz görməmiş qızların gözləmə müddəti də üç aydır. Boşanmış və ya ərləri ölmüş hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun işlərini və hər bir çətinliyini asanlaşdırar.