At-Talaq surəsi, ayə 5

65:5

ذَٰلِكَ أَمۡرُ ٱللَّهِ أَنزَلَهُۥٓ إِلَيۡكُمۡۚ وَمَن يَتَّقِ ٱللَّهَ يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُعۡظِمۡ لَهُۥٓ أَجۡرًا ٥

Dhālika amrullāhi anzalahū ilaykum waman yattaqillāha yukaffir 'anhu sayyi'ātihī wayu'zim lahū ajrā

Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onun günahlarından keçər və onun mükafatını artırar.

Təfsir

Ey möminlər! Talaq, boşanmış qadını geri qaytarmaq və bir də onun gözləmə müddəti barədə zikr edilən bu hökmlər, Allahın sizə nazil etdiyi hökmüdür ki, siz onu biləsiniz. Kim Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Allahdan qorxarsa, Allah onun qazandığı günahlarını silər və axirətdə ona böyük mükafat verər. Bu da Cənnətə daxil olmaq və tükənməz nemətlərə nail olmaqdır.