At-Tahrim surəsi, ayə 1

66:1

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ لِمَ تُحَرِّمُ مَآ أَحَلَّ ٱللَّهُ لَكَۖ تَبۡتَغِي مَرۡضَاتَ أَزۡوَٰجِكَۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ١

Yā'ayyuhan-nabiyyu lima tuharrimu mā ahallallāhu laka tabtaghī mardāta azwājika wallāhu ghafūrur rahīm

Ey Peyğəmbər! Zövcələrinin razılığını diləyərək Allahın sənə halal etdiyini nə üçün özünə haram edirsən?! Allah Bağışlayandır, Rəhmlidir.

Təfsir

Ey rəsul! Səni Mariyaya qısqanan zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi - Mariya ilə yaxınlıq etməyini nə üçün özünə qadağan edirsən?! Allah səni bağışlayır, sənə rəhm edir.