At-Talaq surəsi, ayə 12

65:12

ٱللَّهُ ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ وَمِنَ ٱلۡأَرۡضِ مِثۡلَهُنَّۖ يَتَنَزَّلُ ٱلۡأَمۡرُ بَيۡنَهُنَّ لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا ١٢

Allāhul-ladhī khalaqa sab'a samāwātin waminal-ardi mithlahunna yatanazzalul-amru baynahunna lita'lamū annallāha 'alā kulli shay'in qadīrun wa annallāha qad ahāta bikulli shay'in 'ilmā

Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar.

Təfsir

Yeddi qat göyü və bu göylərin sayı qədər - yeddi qat yeri də yaradan Allahdır. Allahın kainata və şəriətə aid olan hökmləri onların arasında ona görə nazil olur ki, beləliklə, Allahın hər şeyə qadir olduğunu, heç kəsin Ona aciz edə bilmədiyini, həmçinin, Uca Allahın hər şeyi elmi ilə əhatə etdiyini, göylərdə və yerdə heç bir şeyin Ondan gizli qalmadığını biləsiniz.