يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩
Yawma yajma'ukum liyawmil-jam'i dhālika yawmut-taghābuni waman yu'mim billāhi waya'mal sālihan yukaffir 'anhu sayyi'ātihī wayudkhilhu jannātin tajrī min tahtihal-anhāru khālidīna fīhā abadan dhālikal-fawzul-'azīm
O gün (Allah) sizi Toplanma (Qiyamət) günü üçün cəm edəcəkdir. Həmin gün qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib saleh əməl etsə, (Allah) onun günahlarını bağışlayar və onu (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük uğurdur.
Təfsir
Ey Peyğəmbər! Qiyamət günü Allahın sizə əməllərinizin əvəzini vermək üçün sizi bir yerə toplayacağını xatırla. O gün kafirlərin ziyana uğradıqları və nöqsanları üzə çıxacaqdır. Belə ki, möminlər cəhənnəm əhlinin Cənnətdəki yerlərinə varis olacaq, kafirlər də, Cənnət əhlinin Cəhənnəmdəki yerlərinə varis olacaqlar. Hər kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarını bağışlayar və onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaq, heç vaxt oradan çıxmayacaqlar və onlara veriləcək nemətlər əsla tükənməyəcəkdir. Onların qazandığı bu uğur, misli-bərabəri olmayan böyük uğurdur.