At-Taghabun surəsi, ayə 10

64:10

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٠

Walladhīna kafarū wakaddhabū bi'āyātinā ulā'ika ashābun-nāri khālidīna fīhā wabi'sal-masīr

Kafir olub ayələrimizi yalan sayanlar isə, onlar Cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!

Təfsir

Allaha küfr edən və rəsulumuza nazil etdiyimiz ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. Onların gedəcəyi yer necə də pis dönüş yeridir!