At-Taghabun surəsi, ayə 3

64:3

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ٣

Khalaqas-samāwāti wal-arda bil-haqqi wasawwarakum fa ahsana suwarakum wa ilayhil-masīr

O, göyləri və yeri haqqla (ədalət və hikmətlə) yaratdı, sizə surət verdi, surətlərinizi də gözəl şəklə saldı. Dönüş də Onadır.

Təfsir

O, göyləri və yeri haqq-ədalətlə yaratdı, onları əbəs yerə yaratmadı. Ey insanlar! O sizə lütf və ehtiram göstərərək sizə gözəl surət verdi. Əgər istəsəydi, sizi çirkin yaradardı. Qiyamət günü dönüş yalnız Onadır. O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir.