يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٤
Ya'lamu mā fis-samāwāti wal-ardi waya'lamu mā tusirrūna wamā tu'linūna wallāhu 'alīmu bidhātis-sudūr
O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah sinələrdə (qəlblərdə) olanları biləndir.
Təfsir
O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyiniz əməlləri də bilir. Allah kökslərdə olan xeyir və şər əməlləri bilir, bunlardan heç bir şey Allaha gizli qalmaz.