وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ٦
Walladhīnat-takhadhū min dūnihī awliyā'allāhu hafīzun 'alayhim wamā anta 'alayhim biwakīl
Allahdan başqasını (bütləri özlərinə) dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onlar üzərində vəkil deyilsən.
Təfsir
Allahdan başqa bütləri özlərinə dost tutan və onlara ibadət edən kimsələrə Allah özü nəzarət edir və onların əməllərini qeydə alır, sonra da, bu əməllərin əvəzini verəcəkdir. Ey Peyğəmbər! Sən onların əməllərini gözətləməyə təyin edilməmisən və onların əməllərinə görə soru-suala çəkilən deyilsən, sən sadəcə təbliğ edənsən.