تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥
Takādus-samāwātu yatafattarna min fawqihinna wal-malā'ikatu yusabbihūna bihamdi rabbihim wayastaghfirūna liman fil-ardi alā innallāha huwal-ghafūrur-rahīm
Göylər (Allahın əzəmətindən) az qaldı ki, bir-birinin üstündən çatlayıb parçalansın. Mələklər də Rəbbinə həmd-səna ilə təriflər deyər və yerdəkilər üçün bağışlanma diləyərlər. Bilin ki, Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Göylərin əzəmətli və uca olmasına rəğmən, pak və müqəddəs Allahın əzəmətinə dözməyib, az qala yerlərin üzərində çatlayıb yarılsın. Mələklər də Rəbbini bütün nöqsanlardan uzaq tutur və müti olaraq ehtiram göstərərək Ona həmd edir, Onu uca tutur, üstəlik, Allahdan yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Öz qullarından tövbə edən kimsələri bağışlayar və onlara rəhm edər.