Ash-Shura surəsi, ayə 45

42:45

وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ ٤٥

Watarāhum yu'radūna 'alayhā khāshi'īna minadh-dhulli yanzurūna min tarfin khafiyyin waqālal-ladhīna āmanū innal-khāsirīnal-ladhīna khasirū anfusahum wa ahlīhim yawmal-qiyāmati alā innaz-zālimīna fī 'adhābim muqīm

(Cəhənnəmin) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. İman gətirənlər deyəcəklər: “Şübhəsiz ki, (əsl) ziyana uğrayanlar, Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır”. Bilin ki, zalımlar daimi əzab içində olacaqlar.

Təfsir

Ey Peyğəmbər, o zalımlar zəlil və rəzil olduqları halda Cəhənnəmin qarşısına gətirildikləri zaman sən onların Cəhənnəmin qorxusundan başlarını aşağı salıb gözucu insanlara gizlin-gizlin bax­dıq­la­rını görəcəksən. Allaha və Onun elçilərinə iman gətirənlər de­yəcək­lər: “Şübhəsiz ki, ziyana uğrayanlar qiyamət günü Allahın əzabına düçar olmaqla öz­lə­rini və ailələrini ziyana salanlardır”. Heç şübhəsiz ki, küfr və asilik etməklə özlərinə zülm edən kimsələr əbədi olaraq daimi əzab içində qalacaqlar.