۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ٢٧
Walaw basatallāhur-rizqa li'ibādihī labaghaw fil-ardi walākin yunazzilu biqadarim mā yashā'u innahū bi'ibādihī khabīru basīr
Əgər Allah qullarına bol bol ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, (ruzini) istədiyi qədər göndərir. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir.
Təfsir
Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzündə zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qədər - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qullarının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.