وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١٤
Wamā tafarraqū illā mim ba'di mā jā'ahumul-'ilmu baghyā baynahum walawlā kalimatun sabaqat mir rabbika ilā ajalim musammal laqudiya baynahum wa innal-ladhīna ūrithul-kitāba mim ba'dihim lafī shakkim minhu murīb
Onlar, özlərinə elm gəldikdən sonra aralarındakı həsəd üzündən ixtilafa düşdülər. Əgər Rəbbindən müəyyən bir vaxtadək (əzabın qiyamət gününə qədər gecikdirilməsi barədə) Söz verilmiş olmasaydı, onların arasında artıq hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar (yəhudilər və nəsranilər) da onun (Quran) barəsində anlaşılmaz bir şübhə içindədirlər.
Təfsir
Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbər göndərilib kafirlərin və müşriklərin əleyhinə dəlil-sübut göstərdikdən sonra, onlar firqələrə ayrıldılar. Onların firqələrə bölünmələrin səbəbi isə haqsızlıq və zülm etmək oldu. Əgər Allahın əzəli elmində, onlara verəcək əzabın müəyyən edilmiş vaxtadək - qiyamət gününədək təxirə salacağına dair söz verilmiş olmasaydı, Allah onların arasında hökm verər və Allah küfr etdiklərinə, həmçinin, Onun peyğəmbərlərini yalançı saydıqlarına görə onları dərhal əzaba düçar edərdi. Müşriklərdən və öz sələflərindən sonra Tövrata varis olan yəhudilər və İncilə varis olan nəsranilər Muhəmmədin (səllallahu aleyhi və səlləm) gətirdiyi bu Qurana şəkk edir və yalan sayırlar.