رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ٨٣
Rabbi hab lī hukman wa alhiqnī bis-sālihīn
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!
Təfsir
İbrahim Rəbbinə dua edib dedi: "Ey Rəbbim! Mənə dini hökmləri dərindən bilməyi bəxş et və məni, məndən öncə gələn saleh peyğəmbərlərlə bərabər Cənnətə daxil olmam üçün onlarla birğə et!