Ash-Shu'ara surəsi, ayə 67

26:67

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٦٧

Inna fī dhālika la'āyatan wamā kāna aktharuhum mu'minīn

Şübhəsiz ki, bunda (bu hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

Təfsir

Şübhəsiz ki, dənizin Musa üçün iki yerə ayrılmasında, onun və qövmünün oranı salamat keçməsində, Firon və qövmünün isə dənizdə həlak olmasında, Musanın doğruluğuna dəlalət edən bir əlamət vardır. Lakin Fironla birğə onların əksəriyyəti iman gətirmədi.