وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ ٦٤
Wa azlafnā thammal-ākharīn
O birilərini (Firon və əsgərlərini) də ora yaxınlaşdırdıq.
Təfsir
Biz, İsrail oğullarının ardından Firon və onun qövmünü ora yaxınlaşdırdıq və onlarda yolu açıq görüb, oradan keçə biləcəklərini zənn edərək, yolu keçmək üçün dənizə daxil oldular.