Ash-Shu'ara surəsi, ayə 223

26:223

يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ ٢٢٣

Yulqūnas-sam'a wa aktharuhum kādhibūn

(Şeytanlar vəhydən) eşitdiklərini (kahinlərə) təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!

Təfsir

Şeytanlar, ali toplumda, mələklərin söhbətlərinə gizli-qizli qulaq asıb oradan oğurladıqları bəzi kəlmələri kahinlərdən olan dostlarının qulağına pıçıldayaraq onlara təlqin edər­lər. Hal­bu­ki kahinlərin əksəriyyəti ya­lançıdırlar. Əgər onlar bir kəlməni doğru desələr, onunla bərabər yüz kəlməni yalan deyərlər.