إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ ١٤٢
Idh qāla lahum akhūhum sālihun alā tattaqūn
O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?
Təfsir
Nəsəb baxımından qardaşları olan Saleh peyğəmbər onlara belə demişdir: "Məgər Allahdan qorxaraq, Ondan başqasına ibadəti tərk edib Allahdan çəkinmirsinizmi?!