أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ ١٢٨
Atabnūna bikulli rī'in āyatan ta'bathūn
Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?
Təfsir
Məğər siz hər təpə üstündə yoldan keçən insanları ələ salıb, onları məsxərəyə qoymaq üçün dünyanıza və axirətinizə heç bir faydası olmayan, boş və əbəs yerə hündür binalarmı tikirsiniz?!