Ash-Shu'ara surəsi, ayə 103

26:103

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٠٣

Inna fī dhālika la'āyatan wamā kāna aktharuhum mu'minīn

Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

Təfsir

Şübhəsiz ki, İbrahimin - aleyhissəlam - bu hekayətində və onu təkzib edənlərin aqibətinin necə olduğunda, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.