As-Sajdah surəsi, ayə 29

32:29

قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٢٩

Qul yawmal-fathi lā yanfa'ul-ladhīna kafarū īmānuhum walā hum yunzarūn

De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara (tövbə etmək üçün) möhlət də verilməyəcəkdir”.

Təfsir

Ey Peyğəmbər! Onlara de ki: “Bu vəd qiyamət günü baş verəcək. Bu, qullar arasında ayırd etmə günüdür. Belə ki, dünyada ikən Allaha qarşı küfr etmiş kimsələrin qiyamət gününü gördükdən sonra Allahın nazil etdiklərini təsdiqləməsi onlara heç bir fayda verməyə­cək, habelə, onlara Rəbbinə tövbə edib Ona üz tutmaq üçün möh­lət verilməyəcək.”