As-Sajdah surəsi, ayə 30

32:30

فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ٣٠

Fa a'rid 'anhum wantazir innahum muntazirūn

Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin başına bir müsibət gələcəyini) gözləyirlər.

Təfsir

Ey Peyğəmbər! Onlar öz zəlalətlərinə daldıqdan sonra sən onlardan üz çevir və onların başına nə gələcəyini gözlə. Doğrusu, onlar da, sənin onlara vəd etdiyin əzabı gözləyirlər.