As-Sajdah surəsi, ayə 28

32:28

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٨

Wayaqūlūna matā hādhal-fathu in kuntum sādiqīn

Onlar: “Əgər doğru danışanlardansınızsa, (deyin görək) bu (möminlərlə kafirlərin arasını ayıran) hökm nə vaxt olacaqdır?”– deyirlər.

Təfsir

Dirilməni yalan sayıb əzabın tez gəlməsini tələb edənlər deyirlər: “Sizin iddia etdiyiniz kimi, qiyamət günü bizimlə sizin aranızda veriləcək hökm, bizim Cəhənnəmə, sizin isə Cənnətə gedəcəyiniz nə vaxt baş verəcək?!”