As-Saffat surəsi, ayə 28

37:28

قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ ٢٨

Qālū innakum kuntum ta'tūnanā 'anil-yamīn

(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (şirki və küfürü bizə gözəl göstərib, haqqdan çəkindirərək) sağ tərəfdən gəlirdiniz”.

Təfsir

Tabe olanlar öz başçılarına deyəcəklər: “Siz, ey başçılarımız, bizə din və haqq tərəfdən yanaşıb küfrü, Allaha şərik qoşmağı və asiliklər etməyi bizim üçün gözəl göstərir və bizi, Allah tərəfindən göndərilmiş elçilərinin gətirdikləri haqdan uzaqlaşdırırdınız.”