As-Saffat surəsi, ayə 27

37:27

وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ ٢٧

Wa aqbala ba'duhum 'alā ba'din yatasā'alūn

Onlar bir-birinə üz tutub soruşacaqlar.

Təfsir

Onlar bir-birlərinə tərəf dönüb bir-birini qınayacaq və bir-birilə höcətləşəcəklər. Halbuki həmin vaxt qınamağın və höcətləşməyin heç bir faydası olmayacaqdır.