يُرِيدُونَ لِيُطۡفِـُٔواْ نُورَ ٱللَّهِ بِأَفۡوَٰهِهِمۡ وَٱللَّهُ مُتِمُّ نُورِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ٨
Yurīdūna liyutfi'ū nūrallāhi bi afwāhihim wallāhu mutimmu nūrihī walaw karihal-kāfirūn
Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır.
Təfsir
Haqqı yalan sayan o kimsələr öz batil sözləri ilə və haqqa ləkə yaxmaqla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz dinini məşriqdən məğribədək yaymaqla və Öz kəlməsini ucaltmaqla Öz nurunu tamamlayacaqdır.