وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُوَ يُدۡعَىٰٓ إِلَى ٱلۡإِسۡلَٰمِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٧
Waman azlamu mimmaniftarā 'alallāhil-kadhiba wahuwa yud'ā ilal-islāmi wallāhu lā yahdil-qawmaz-zālimīn
İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz.
Təfsir
Allahın birliyinə yönəldilən tovhid dini olan İslama dəvət edildiyi halda, Allahdan başqa bütlərə tapınıb Allaha qarşı yalan uydurandan daha zalım kimsə ola bilməz. Allah, şirk və asiliklər etməklə özlərinə zülm etmiş kimsələri haqq yola yönəlməyə və doğru işlər görməyə müvəffəq etməz.