Ar-Rum surəsi, ayə 52

30:52

فَإِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٥٢

Fa innaka lā tusmi'ul-mawtā walā tusmi'us-summad-du'ā'a idhā wallaw mudbirīn

Şübhəsiz ki, sən nə ölülərə (haqqı), nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.

Təfsir

Sən ölülərə heç bir şey eşitdirə bilmədiyin kimi, eləcə də dönüb gedən karlara heç bir şey eşitdirə bilməzsən. Onlar heç nə eşitməsinlər deyə səndən uzaq dururlar. Eləcə də, sən bunlar kimi (haqdan) üz döndərən və fayda almayan kimsələri doğru yola yönəldə bilməzsən.