Ar-Rum surəsi, ayə 34

30:34

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٤

Liyakfurū bimā ātaynāhum fatamatta'ū fasawfa ta'lamūn

(Bu ona görədir ki,) Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. (Hələlik) əylənin! Tezliklə biləcəksiniz.

Təfsir

Onlar Allahın nemətlərinə - o cümlədən də bəlanı aradan götürmək nemətinə - nankorluq edir və bu həyatda əllərində olan nemətlərdən istifadə edirlər. Onlar Qiyamət günü açıq-aydın zəlalət içində olduqlarını öz gözləri ilə görəcəklər.