Ar-Rum surəsi, ayə 35

30:35

أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ٣٥

Am anzalnā 'alayhim sultānan fahuwa yatakallamu bimā kānū bihī yushrikūn

Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlilmi göndərdik?

Təfsir

Əllərində heç bir dəlil olmadığı halda, onları Allaha şərik qoşmağa vadar edən nədir?! Biz onlara heç bir kitabdan Allaha şərik qoşmaq barədə bir dəlil nazl etməmişik. Əllərində də onların etdikləri şirk barədə danışan və onların etdikləri o küfrün doğru olduğunu isbat edən bir kitab yoxdur.