۞ وَإِن تَعۡجَبۡ فَعَجَبٞ قَوۡلُهُمۡ أَءِذَا كُنَّا تُرَٰبًا أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدٍۗ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَاقِهِمۡۖ وَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٥
Wa in ta'jab fa'ajabun qawluhum a'idhā kunnā turāban a'innā lafī khalqin jadīdin ulā'ikal-ladhīna kafarū birabbihim wa ulā'ikal-aghlālu fī a'nāqihim wa ulā'ika ashābun-nāri hum fīhā khālidūn
(Ey Peyğəmbər! Əgər kafirlərə) təəccüblənirsənsə, onların: “Məgər biz torpaq olduqdan sonra yenidən yaradılacağıqmı?!” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar Od sakinləridirlər və onlar orada əbədi qalacaqlar.
Təfsir
Ey Peyğəmbər! Əgər hər hansı bir şeydən təəccüblənirsənsə, onların öldükdən sonra yenidən diriləcəklərinə və bu dirilməni inkar edərək: "Biz ölüb torpaq olduqdan və sümüklərimiz çürüdükdən sonra yenidənmi diriləcəyik" – demələrinə təəccüblənməyin daha münasibdir. Öldükdən sonra dirilməyi inkar edən kimsələr, Rəbbinə küfr edən və Rəbbinin ölüləri diriltməyə qadir olmasını inkar edən kimsələrdir. Qiyamət günü o kimsələrin boyunlarına oddan zəncirlər vurulacaq. Onlar Cəhənnəm sakinləridirlər və onlar orada əbədi qalacaqlar. Onlar orada əsla ölməzlər və əzabları bir anlıq belə kəsilməz.