لَهُۥ دَعۡوَةُ ٱلۡحَقِّۚ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَسۡتَجِيبُونَ لَهُم بِشَيۡءٍ إِلَّا كَبَٰسِطِ كَفَّيۡهِ إِلَى ٱلۡمَآءِ لِيَبۡلُغَ فَاهُ وَمَا هُوَ بِبَٰلِغِهِۦۚ وَمَا دُعَآءُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ١٤
Lahū da'watul-haqqi walladhīna yad'ūna min dūnihī lā yastajībūna lahum bishay'in illā kabāsiti kaffayhi ilal-mā'i liyablugha fāhu wamā huwa bibālighihī wamā du'ā'ul-kāfirīna illā fī dalāl
Haqq olan dua yalnız Ona (Allaha) olan duadır. (Müşriklərin) Ondan başqa dua etdikləri (bütlər) isə, onlara heç bir şeylə cavab verə bilməzlər. Onlar, ağzına (su) çatsın deyə, (uzaqdan) iki ovcunu suya tərəf açan, amma su (onun) ağzına çatmayan kimsəyə bənzəyirlər. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.
Təfsir
Dua və ibadət yalnız Allah üçündür, bu işdə Onun heç bir şəriki yoxdur. Müşriklərin Allahdan qeyri dua etdikləri bütlər istənilən məsələdə onların dualarını qəbul etməyə qadir deyillər. Müşriklərin bütlərə dua etməsinin məsəli, susuz insanını ağzına su çatıb, su içməsi üçün əlini suya uzadan kimsənin məsəlinə bənzəyir. Halbuki, su əsla onun ağzına çatan deyil. Kafirlərin bütlərə dua etmələri azğınlıq və haqqdan uzaq düşməkdən başqa bir şey deyil. Çünki bütlər onlara ibadət edənlərə nə zərər və nə fayda verməyə qadirdilər!