An-Nur surəsi, ayə 57

24:57

لَا تَحۡسَبَنَّ ٱلَّذِينَ كَفَرُواْ مُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۚ وَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ وَلَبِئۡسَ ٱلۡمَصِيرُ ٥٧

Lā tahsabannal-ladhīna kafarū mu'jizīna fil-ardi wama'wāhumun-nāru walabi'sal-masīr

Kafirlərin yer üzündə (Allahdan) yaxa qurtara biləcəklərini zənn etmə. Onların gedəcəkləri yer Oddur. Ora nə pis dönüş yeridir!

Təfsir

Ey Peyğəmbər! Uca Allah kafirlərə əzab nazil etmək istədiyi zaman, onların Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini əsla zənn etmə. Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Gedəcəkləri yer Cəhənnəm olan kimsələrin yeri, necə də pis bir ye­ri­dir!