وَيَقُولُونَ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلرَّسُولِ وَأَطَعۡنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٞ مِّنۡهُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ ٤٧
Wayaqūlūna āmannā billāhi wabir-rasūli wa ata'nā thumma yatawallā farīqum minhum mim ba'di dhālika wamā ulā'ika bil-mu'minīn
(Münafiqlər:) “Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!”– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər.
Təfsir
Münafiqlər: "Allaha və Rəsuluna iman gətirdik, Allaha və Rəsuluna itaət etdik!" – deyirlər və bundan sonra isə onlardan bir dəstə iman və itaətdən üz çevirir. Allaha və Rəsuluna iman və itaət etdikləri iddiasına olduqdan sonra Allah yolunda cihad etmə əmri xüsusunda və digər əmrlərdə Allaha və Rəsuluna itaət etməzlər. Allah və Onun Rəsuluna itaət etməkdən üz çevirən o kimsələr, hətta özlərinin iman gətirdiklərini iddia etsələrdə, mömin deyillər.