لَّقَدۡ أَنزَلۡنَآ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖۚ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤٦
Llaqad anzalnā āyātim mubayyinātin wallāhu yahdī man yashā'u ilā sirātim mustaqīm
Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldər.
Təfsir
Biz Muhəmmədə -sallallahu aleyhi və səlləm- haqq yoluna yönəldən açıq-aydın ayələr nazil etdik. Allah istədiyi kimsəni əyriliyi olmayan doğru yola yönəldir və bu yol da onu Cənnətə götürür.