أَوۡ كَظُلُمَٰتٖ فِي بَحۡرٖ لُّجِّيّٖ يَغۡشَىٰهُ مَوۡجٞ مِّن فَوۡقِهِۦ مَوۡجٞ مِّن فَوۡقِهِۦ سَحَابٞۚ ظُلُمَٰتُۢ بَعۡضُهَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُۥ لَمۡ يَكَدۡ يَرَىٰهَاۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُۥ نُورٗا فَمَا لَهُۥ مِن نُّورٍ ٤٠
Aw kazulumātin fī bahril lujjiyyin yaghshāhu mawjum min fawqihī mawjum min fawqihī sahābun zulumātu ba'duhā fawqa ba'din idhā akhraja yadahū lam yakad yarāhā wamal lam yaj'alillāhu lahū nūran famā lahū min nūr
Yaxud (onların əməlləri) dərin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də (başqa) bir dalğa örtər; onun da üstündə bir bulud var; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.
Təfsir
Yaxud onların əməlləri dərin bir dənizdəki qaranlıqlar kimidir. O qaranlıqların üstünü bir dalğa, o dalğanın üstündən də başqa bir dalğa örtər, onun da üstündə özünə yolu göstərmək də kömək edən ulduzları örtən bir bulud vardır. Bunlar bir-birinin üstündə olan qaranlıqlardır! Belə bir qaranlığa düşən kimsə əlini uzatsa, qaranlığın şiddətindən dolayı az qala əlinin harada olduğunu görməz. Bax, kafir kimsənin misalı da belədir. Çünki cəhalət, şəkk-şübhə, çaşqınlıq və qəlbinin möhürlənməsi qaranlıqları onun üzərinə üst-üstə yığılmışdır. Allah kimi zəlalətdən hidayətə yönəldərək və kitabından ona elm verərək ruziləndirməzsə, onu hidayət yoluna yönəldən və ona doğru yolu göstərən bir kitab verən olmaz.