An-Nur surəsi, ayə 41

24:41

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُسَبِّحُ لَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلطَّيۡرُ صَٰٓفَّٰتٖۖ كُلّٞ قَدۡ عَلِمَ صَلَاتَهُۥ وَتَسۡبِيحَهُۥۗ وَٱللَّهُ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ ٤١

Alam tara annallāha yusabbihu lahū man fis-samāwāti wal-ardi wat-tayru sāffātin kullun qad 'alima salātahū watasbīhahū wallāhu 'alīmu bimā yaf'alūn

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini biləndir.

Təfsir

Ey Peyğəmbər! Məgər göylərdə və yer­də olan­ bütün məxluqatların, havada cərgə-cərgə qanad açıb uçan quşların Allahın şəninə həmd-səlar, tərif­lər dediklə­rini bilmirsənmi? Uca Allah hər bir məxluqun nə etdiyin bilir. O, yaratdığı insanın namazını və quşların Onun şəninə həmd-səlar deməsini çox yaxşı bilir. Allah onların nə etdik­lərindən xəbərdardır. Onların əməllərindən Uca Allaha heç bir şey gizli qalmaz.