وَلَا يَأۡتَلِ أُوْلُواْ ٱلۡفَضۡلِ مِنكُمۡ وَٱلسَّعَةِ أَن يُؤۡتُوٓاْ أُوْلِي ٱلۡقُرۡبَىٰ وَٱلۡمَسَٰكِينَ وَٱلۡمُهَٰجِرِينَ فِي سَبِيلِ ٱللَّهِۖ وَلۡيَعۡفُواْ وَلۡيَصۡفَحُوٓاْۗ أَلَا تُحِبُّونَ أَن يَغۡفِرَ ٱللَّهُ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٌ ٢٢
Walā ya'tali ulul-fadli minkum was-sa'ati an yu'tū ulil-qurbā wal-masākīna wal-muhājirīna fī sabīlillāhi walya'fū walyasfahū alā tuhibbūna an yaghfirallāhu lakum wallāhu ghafūrur rahīm
Sizlərdən fəzilət və sərvət sahibi olanlar qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Qoy aranızda dində fəzilət və mal-dövlət baxımından sərvət sahibləri olanlar ehtiyacı olan yaxınlarına -fəqirlik içində yaşayan və Allah yolunda hicrət edən- işlətdikləri günahdan dolayı yardım etməyəcəklərinə dair and içməsinlər. Qoy onları əfv edib, xətalarını bağışlasınlar. Məgər siz onları əfv edib, xətalarını bağışladıqda, uca Allahın sizin günahlarınızı bağışlamasını istəmirsinizmi?! Allah tövbə edən qullarına qarşı bağışlayandır və onalara qarşı mərhəmətlidir. Qoy Allahın qulları, Allahın bağışlamasından özlərinə örnək götürsünlər. Bu ayə, Mistah bin Usasə -Allah ondan razı olsun- Aişəyə -Allah ondan razı olsun- atılan böhtanda iştirak etdiyi üçün, Əbu Bəkir -Allah ondan razı olsun- bir daha ona yardım etməyəcəyinə dair and içdiyinə görə nazil edilmişdir.