۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٢١
Yā'ayyuhal-ladhīna āmanū lā tattabi'ū khutuwātish-shaytāni waman yattabi' khutuwātish-shaytāni fa innahū ya'muru bil-fahshā'i wal-munkari walawlā fadlullāhi 'alaykum warahmatuhū mā zakā minkum min ahadin abadan walākinnallāha yuzakkī man yashā'u wallāhu samī'un 'alīm
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir.
Təfsir
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə şeytanın batili bəzədiyi yollarına uyasınız. Kim şeytanın yollarına uyarsa, bilsin ki, şeytan insanlara, dinin qəbul etməyib pis gördüyü iyrənc və yaramaz işləri və sözləri əmr edir. Ey möminlər! Əgər Allahın sizin üzərinizdə lütfü və mərhəməti olmasaydı, sizdən tövbə edən heç bir kəs tövbəsi ilə günahlardan təmizlənməzdi. Lakin Allah qullarından istədiyini, tövbəsini qəbul etməklə təmizə çıxarar. Allah dediyiniz sözləri eşidəndir və etdiyiniz əməlləri biləndir. Bu xüsusda Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.