An-Nur surəsi, ayə 2

24:2

ٱلزَّانِيَةُ وَٱلزَّانِي فَٱجۡلِدُواْ كُلَّ وَٰحِدٖ مِّنۡهُمَا مِاْئَةَ جَلۡدَةٖۖ وَلَا تَأۡخُذۡكُم بِهِمَا رَأۡفَةٞ فِي دِينِ ٱللَّهِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ وَلۡيَشۡهَدۡ عَذَابَهُمَا طَآئِفَةٞ مِّنَ ٱلۡمُؤۡمِنِينَ ٢

Az-zāniyatu waz-zānī fajlidū kulla wāhidim minhumā mi'ata jaldatin walā ta'khudhkum bihimā ra'fatun fī dīnillāhi in kuntum tu'minūna billāhi wal-yawmil-ākhiri walyashhad 'adhābahumā tā'ifatum minal-mu'minīn

Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.

Təfsir

Bakirə olub zina edən qadın və kişi­nin hər birinə yüz çu­buq vu­run. Əgər Allaha və axi­rət gü­­nü­nə inanırsınızsa, nəbadə zina edən o iki kimsəyə qarşı qəlbinizdə duyduğunuz acı və mərhəmət hissləriniz hədd cəzasını onlar üzərinə tətbiq edilməsinə və ya bu cəzanı yüngülləşdirməyə əsla sövq etməsin. Onlara verilən bu cəzaya şahid olmaq, həm o iki zinakarı, həmdə ki, başqalarını bu çirkin əməldən çəkindirmək üçün qoy mö­minlər­dən bir dəstə on­la­ra verilən əzaba şahid ol­sun.