An-Nur surəsi, ayə 3

24:3

ٱلزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوۡ مُشۡرِكَةٗ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوۡ مُشۡرِكٞۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلۡمُؤۡمِنِينَ ٣

Az-zānī lā yankihu illā zāniyatan aw mushrikatan waz-zāniyatu lā yankihuhā illā zānin aw mushrikun wahurrima dhālika 'alal-mu'minīn

Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Bu, möminlərə haram edilmişdir.

Təfsir

Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zina­ edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlə­nmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlə­nmək istədiyini xəbər vermişdir. Həm zina­kar qadınla evlənmək, həm də zina­kar bir kişini evləndirmək mömin­lərə ha­ram edilmişdir.