وَلۡيَخۡشَ ٱلَّذِينَ لَوۡ تَرَكُواْ مِنۡ خَلۡفِهِمۡ ذُرِّيَّةٗ ضِعَٰفًا خَافُواْ عَلَيۡهِمۡ فَلۡيَتَّقُواْ ٱللَّهَ وَلۡيَقُولُواْ قَوۡلٗا سَدِيدًا ٩
Walyakhshal-ladhīna law tarakū min khalfihim dhurriyyatan di'āfan khāfū 'alayhim falyattaqullāha walyaqūlū qawlan sadīdā
Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər, qoy (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər.
Təfsir
Özləri öldükdən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onların yetim qalmasından qorxan kəslər, Allah onlara öz övladlarına necə qayğı göstərirdilərsə, ölümündən sonra da övladlarına elə bir qayğı göstərən hami müvəffəq edənə qədər, qoy himayəsi altında olan yetimlərə zülüm etməkdən qorxsunlar və vəsiyyətində iştirak etdiyi kimsənin övladlarına yaxşı rəftarda olub, döğru söz söyləyərək vəsiyyətində özündən sonra miras sahiblərinə zülüm etməkdən çəkinsin və vəsiyyət etməkdən də vaz keçərək özünü xeyirdən məhrum etməsin.