وَإِذَا حَضَرَ ٱلۡقِسۡمَةَ أُوْلُواْ ٱلۡقُرۡبَىٰ وَٱلۡيَتَٰمَىٰ وَٱلۡمَسَٰكِينُ فَٱرۡزُقُوهُم مِّنۡهُ وَقُولُواْ لَهُمۡ قَوۡلٗا مَّعۡرُوفٗا ٨
Wa idhā hadaral-qismata ulul-qurbā wal-yatāmā wal-masākīnu farzuqūhum minhu waqūlū lahum qawlam ma'rūfā
Əgər bölgü vaxtı orada, (mirasdan payı olmayan) qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara da o maldan bir şey verin, özlərinə də xoş söz söyləyin.
Təfsir
Əgər miras bölgüsü vaxtı orada, mirasdan payı olmayan qohumlar, yetimlər və fəqirlər iştirak edərlərsə, miras bölünməzdən əvvəl könülünüzü xoş edəcək qədər o maldan onlara da bir şey verin. Bu mal sizə heç bir məşəqqətsiz gəldiyi bir halda, onların həmin malda nəfsi qalmışdır. Miras malından onlara verdiyiniz zaman özlərinə onları sevindirəcək xoş söz söyləyin.