۞ فَمَا لَكُمۡ فِي ٱلۡمُنَٰفِقِينَ فِئَتَيۡنِ وَٱللَّهُ أَرۡكَسَهُم بِمَا كَسَبُوٓاْۚ أَتُرِيدُونَ أَن تَهۡدُواْ مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا ٨٨
Famā lakum fil-munāfiqīna fi atayni wallāhu arkasahum bimā kasabū aturīdūna an tahdū man adallallāhu waman yudlilillāhu falan tajida lahū sabīlā
Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərə görə küfrə qaytarmışdır. (Yoxsa) Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün əsla (doğru) yol tapa bilməzsən.
Təfsir
Ey Möminlər! Sizə nə oldu ki, münafiqlərlə rəftar etmək barəsində bir dəstə, münafiqlərin etdikləri küfrlərə görə onlarla döyüşməyi, başqa bir dəstə isə qəlblərindəki imana görə onlarla döyüşməməyi deyərək iki müxtəlif dəstəyə ayrıldınız?! Amma onlar barədə ixtiyafa düşməniz əbəs yerə idi. Halbuki Allah onları etdikləri əməllərə görə küfrə və zəlalətə qaytarmışdır. Siz Allahın haqqa müvəffəq etmədiyi bir kimsəni doğru yola gətirməkmi istəyirsiniz?! Allahın azdırdığı kimsə üçün əsla doğru yol tapa bilməzsən.