مَّن يَشۡفَعۡ شَفَٰعَةً حَسَنَةٗ يَكُن لَّهُۥ نَصِيبٞ مِّنۡهَاۖ وَمَن يَشۡفَعۡ شَفَٰعَةٗ سَيِّئَةٗ يَكُن لَّهُۥ كِفۡلٞ مِّنۡهَاۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ مُّقِيتٗا ٨٥
Mman yashfa' shafā'atan hasanatan yakul lahū nasībum minhā waman yashfa' shafā'atan sayyi'atan yakul lahū kiflum minhā wakānallāhu 'alā kulli shay'im muqītā
Kim yaxşı bir işə vasitəçilik edərsə, ona (bunun savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik edərsə, ona da (onun günahından) bir pay düşər. Allah hər bir şeyə şahiddir və hər bir əməlin qarşılığını verəndir.
Təfsir
Kim başqasına yaxşı bir işə vasitəçilik etmək üçün səy edərsə, ona onun savabından bir pay düşər, kim də başqasına pis bir işə vasitəçilik etmək üçün səy edərsə, ona da onun günahından bir pay düşər. Allah insanın etdiyi hər bir şeyə şahiddir və etdiyi əməlinin əvəzini verəcəkdir. Sizdən kim xeyir işə səbəb olarsa onada xeyirdən payı vardır, kim də şər işə səbəb olarsa onada şərdən payı vardır.