فَقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفۡسَكَۚ وَحَرِّضِ ٱلۡمُؤۡمِنِينَۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأۡسَ ٱلَّذِينَ كَفَرُواْۚ وَٱللَّهُ أَشَدُّ بَأۡسٗا وَأَشَدُّ تَنكِيلٗا ٨٤
Faqātil fī sabīlillāhi lā tukallafu illā nafsaka waharridil-mu'minīna 'asallāhu an yakuffa ba sal-ladhīna kafarū wallāhu ashaddu ba san wa ashaddu tankīlā
Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də (döyüşə) təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüdrəti daha çox, cəzası daha şiddətlidir.
Təfsir
Ey Peyğəmbər! Sən Allah kəlməsini uca tutmaq üçün Allah yolunda vuruş! Sən başqasına görə sorumlu deyilsən və başqasının əməlinə görə də cavabdehlik daşımırsan. Sən döyüşdə yalnız özünə cavabdehlik daşıyırsan. Möminləri də döyüşə təşviq et, həvəsləndir! Ola bilsin ki, Allah sizin döyüşməyinizin səbəbi ilə kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.